Bakıda əməliyyat: silahlı şəxslər həbs edildi - FOTO

Saxlanılan şəxslər təqsirlərini etiraf ediblər

Bakıda silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Baş İdarəyə Nicat adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində həmin şəxs, paytaxt sakini Nicat Nəsirov tutularaq istintaqa təqdim edilib. Onun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə baxış zamanı sandıqçasında 6 ədəd patron olan 1 ədəd “Steçkin” markalı tapança və 1 ədəd pnevmatik tapança aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı Xəzər rayonu Türkan qəsəbəsində əvvəllər məhkum olunmuş Samir Mayılov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər ifadələrində odlu silah-sursatın onlara məxsus olduğunu və polisə könüllü təhvil vermək əvəzinə üzərlərində gəzdirdiklərini etiraf ediblər.

Faktla bağlı N.Nəsirov və S.Mayılov barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

BakuCity.az

Bakı silahlı şəxslər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Yol polisi əhaliyə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. BakuCity.az xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs...
Kriminal
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.  Verilən məlumata görə, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb. Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Ya...
Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...
Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...
Biznes
Avtomobil bazarında ikinci əl maşınların qiymətləri.  BakuCity.az maşın bazarında bu günə olan qiymətləri təqdim edir. Toyota Prado, 2.7 L, 2013 il, 130 000 km - 26 900 $ GAZ 31105, 2.3 L, 2007 il, 67 000 km - 11 500 AZN Hyundai Santa Fe, 2.0 L, 2013 il, 76 000 km - 19 000 $ LADA (VAZ) 2107, 1.6 L, 2011 il, 59 443 km - 6 500 AZN Mercedes C 220, 2.2 L, 1998 il, 368 700 km - 12 800 AZN SEAT Exeo, 2.0 L, 2011 il, 195 115 km - 12 300 AZN LADA (VAZ) 2106, 1.6 L...
Cəmiyyət
Bakıda Jurnalistin ailəsində koronavirus aşkarlanıb. Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.  BakuCity.az xəbər verir ki, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır. Z.Mirzəzadə ailəsilə birlikdə Jurnalistlər binasında kirayədə yaşayır. Qeyd edək ki, Z.Mirzəzadənin özünün və 3 övladından test nətic...
Cəmiyyət
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb. BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib: "Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir...
Cəmiyyət
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək. BakuCity.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi...
Cəmiyyət
Maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. BakuCity.az bu məqamda maska taxılması tələb edilən məkanların siyahısını təqdim edir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sər...