Bakıda tanqo məktəbləri: ÜNVANLAR, QİYMƏTLƏR, ENDİRİMLƏR

Bakıda tanqo məktəbləri: ÜNVANLAR, QİYMƏTLƏR, ENDİRİMLƏR

Tanqosevərlər üçün paytaxtda münasib qiymətə dərslər təşkil olunur

XX əsrin əvvəllərində əvvəlcə "tango criollo" adlanan rəqs tez bir zamanda populyarlıq qazanaraq Avropa və ABŞ-a yayılıb. Bu gün isə tanqonun bir çox forma və üslubları var: Argentina tanqosu, Uruqvay tanqosu, bal tanqosu (ABŞ və beynəlxalq üslubda), Finlandiya tanqosu və qədim tanqo. Argentina tanqosu Argentina və Uruqvaydakı orijinal rəqslərə daha yaxındır.

Ötən il paytaxta üçüncü buraxılışı ilə qayıdan Beynəlxalq Bakı Tanqo Festivalı çərçivəsində təqdim olunan tanqo proqramları göstərdi ki, bu rəqsi ölkəmizdə də sevənlər və öyrənmək istəyənlər az deyil.

BakuCity.az paytaxtda fəaliyyət göstərən tanqo rəqs məktəblərini araşdırıb. 

E.L. CLUB de TANGO

“E.L. CLUB de TANGO" məktəbində qrup və fərdi dərslər keçirilir. Qrup şəklində dərslərin aylıq qiyməti aşağıdakı kimidir:

- həftədə iki dərs olmaqla 50 manat;
- həftədə üç dərs olmaqla 70 manat;

Qrup halında dərsin müddəti 1 saat 15 dəqiqədir. Dərsləri iki müəllim keçir.

Bir fərdi dərsin qiyməti isə 30 manatdır (dərsin müddəti - 60 dəqiqə).

Rəqs məktəbindən bildirilib ki, tanqo dərslərinə cütlük halında qatılmaq istəyənlər üçün 20 manat endirim (adambaşı 10 manat) nəzərdə tutulub. Bundan əlavə, klub hər bazar günü ən yüksək stabillik ilə "milonqa"lar (tanqo musiqili rəqs tədbiri) keçirir. 

Bakıda tanqo məktəbləri: ÜNVANLAR, QİYMƏTLƏR, ENDİRİMLƏR, fotoşəkil-1

Ünvan: İstiqlaliyyət, 31 A
Əlaqə: +994 50 220 57 32

IN Tango Baku

“IN Tango Baku”da tanqo dərsləri 1, 4 və 6-cı günlər saat 19:00-da keçirilir. Aylıq ödəniş həftədə 2 dəfə 60, həftədə 3 dəfə olmaqla isə 70 manat təşkil edir. Qiymətlərdə endirim yalnız bir ailənin üzvlərinə şamil olunur.

Məktəbdən bildiriblər ki, burada hər şənbə günləri saat 20:30-da “Milonga Night” (tango gecəsi) keçirilir.

Bakıda tanqo məktəbləri: ÜNVANLAR, QİYMƏTLƏR, ENDİRİMLƏR, fotoşəkil-2

Ünvan: Səməd Vurğun, 34
Əlaqə: +994 50 350 12 13

TanGo ON

"TanGo ON" Bakı tanqo məktəbi Argentinadan dəvət olunmuş müəllimləri ilə orijinal tanqo təqdim edir.

Məktəbdə qrup və fərdi dərslər keçirilir. Qrup şəklində keçirilən dərslərin aylıq qiyməti həftədə iki dərs olmaqla 60 manatdır. Qrup dərsinin müddəti 1 saatdir. Qruplara təcrübəsi yarım ildən çox olan tələbələr dəvət olunur. Bir fərdi dərsin qiyməti isə 30 manatdır (dərsin müddəti - 60 dəqiqə). 

Qrup paketləri alanlara fərdi dərslər 15% endirimlə təklif olunur.

Bakıda tanqo məktəbləri: ÜNVANLAR, QİYMƏTLƏR, ENDİRİMLƏR, fotoşəkil-3

Ünvan: Kövkəb Səfərəliyeva, 12
Əlaqə: +994 50 666 93 01

Badi-Kuba

“Badi-Kuba" tanqo məktəbində də dərslər qrup və fərdi şəkildə təşkil olunur. Qrup halında keçirilən dərslərin aylıq qiyməti bir nəfər üçün 40 manatdır. Ailə üzvləri cüt olaraq gəldikdə hər birinə 10 manat endirim edilir.

Fərdi dərslərin qiyməti bir dərs üçün 25 manat təşkil edir. Dərs müddəti 1 saat nəzərdə tutulub.

Dərslər kişi və qadın müəllimlər tərəfindən keçirilir.

Bakıda tanqo məktəbləri: ÜNVANLAR, QİYMƏTLƏR, ENDİRİMLƏR, fotoşəkil-4

Ünvan: Bakıxanov, 62 A
Əlaqə: +994 50 363 12 22 / +994 55 363 12 22

R&N-project Dance School

“R&N-project Dance School”da tanqo rəqsi qrup və fərdi şəkildə türk və azərbaycanlı müəllimlər tərəfindən öyrədilir.

“Argentine Tango” qrupu 1-4-cü gunlər saat 20:00-da, “Lady style” qrupu 3-cü gun 19:00-da, 6-cı gün isə 17:00-da dərslərə başlayır. Aylıq abunə hər bir qrupda bir nəfər üçün 50 manatdır. Fərdi şəkildə dərslərin qiyməti 20-25 manat təşkil edir. Həm fərdi, həm də qrup dərsləri 1 saat davam edir.

Məktəbdən bildirilib ki, burada tanqo ilə yanaşı, qrup şəklində salsa (2-5-ci günlər saat 19:00-da), baçata (2-5-ci günlər saat 20:00-da) və kizomba (1-4-cü gunlər saat 19:00-da) rəqsləri də öyrədilir. Qiymətlər eynidir.

Bakıda tanqo məktəbləri: ÜNVANLAR, QİYMƏTLƏR, ENDİRİMLƏR, fotoşəkil-5

Ünvan: Şamil Əzizbəyov, 140
Əlaqə: +994 50 375 71 71

Qeyd edək ki, tanqo 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı tanqo rəqs məktəbləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər