Qatarlara onlayn bilet satışı ilə bağlı - YENİLİK

Qatarlara onlayn bilet satışı ilə bağlı - YENİLİK

Yaxın vaxtlarda həllini tapacaq

Azərbaycanda qatarlara onlayn bilet satışı ilə bağlı yenilik olacaq.

BakuCity.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov FED.az-a bildirib.

Onun sözlərinə görə, hazırda onlayn bilet alışı mümkün olsa da, bileti alan sərnişin kassaya yaxınlaşıb onun kağız variantını əldə etməli olur:

Həmçinin oxu: Qatarlara bilet satışında YENİLİK

“Yaxın vaxtlardan etibarən artıq kağız blankı almaq tələb olunmayacaq. Bileti alan sərnişin birbaşa qatara yönələcək. Bu məsələ yaxın vaxtlarda həllini tapacaq və insanlar üçün əlavə rahatlıqdır”. 

BakuCity.az

qatar onlayn bilet
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər