Bakı Limanı son 28 ilin rekordunu vurdu

Sərnişinlərin sayı 46 265 nəfər olub

2019-cu il ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) yükaşırmanın həcmi 2018-ci ilə (3787,8 min ton) nisbətdə 7,2% artaraq 4061.6 min ton olub.

BakuCity.az xəbər verir ki, ümumi yükaşırmanın əsas hissəsi, yəni 84,8%-i (3 444.2 min ton) ənənəvi olaraq tranzit yüklərin payına düşüb.

2019-cu ildə Bakı Limanında konteynerlərin və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində, keçən illə müqayisədə 53,6% artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 887 TEU təşkil edib).

Çin Xalq Respublikasından gələn konteynerlərin sayı 111% artaraq 5369 TEU olub (2018-ci ildə 2547 TEU olmuşdur). Qeyd olunan dövr ərzində TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində konteyner yüklərinin daşınmasında ciddi artımın səbəbi 2019-cu ilin aprel ayından konteyner daşıyan 2 ədəd, “Türkestan” və “Beket Ata” gəmilərinin Qazaxıstan-Azərbaycan marşrutu üzrə işləməyə başlamasıdır.

TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57,3% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb. Bunlardan 24 970 ədədi (74,2%) Bakı-Türkmənbaşı-Bakı, 8701 ədədi isə (25,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Təkərli texnikanın nəzərəçarpacaq dərəcədə artımı əsasən Türkiyə, Ukrayna və Türkmənistan TIR-larının marşrut üzrə istifadə intensivliyinin artımı ilə bağlıdır.

2019-cu ildə Bərə terminalında vaqon aşırılması 2018-ci ilə nisbətən 2,7% artaraq 44 175 ədədə çatıb (keçən il bu say 42 999 ədəd olub). Bunlardan 20 331 vaqon (46,0%) Bakı-Kurık-Bakı istiqamətində, 23 802 (53.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

2019-cu ildə Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 46 265 nəfər olub.

BakuCity.az

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yükaşırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Yol polisi əhaliyə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. BakuCity.az xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs...
Kriminal
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.  Verilən məlumata görə, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb. Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Ya...
Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...
Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...
Biznes
Avtomobil bazarında ikinci əl maşınların qiymətləri.  BakuCity.az maşın bazarında bu günə olan qiymətləri təqdim edir. Toyota Prado, 2.7 L, 2013 il, 130 000 km - 26 900 $ GAZ 31105, 2.3 L, 2007 il, 67 000 km - 11 500 AZN Hyundai Santa Fe, 2.0 L, 2013 il, 76 000 km - 19 000 $ LADA (VAZ) 2107, 1.6 L, 2011 il, 59 443 km - 6 500 AZN Mercedes C 220, 2.2 L, 1998 il, 368 700 km - 12 800 AZN SEAT Exeo, 2.0 L, 2011 il, 195 115 km - 12 300 AZN LADA (VAZ) 2106, 1.6 L...
Cəmiyyət
Bakıda Jurnalistin ailəsində koronavirus aşkarlanıb. Mətbuatda Jurnalistlər binasında COVİD-19 infeksiyasına yoluxma faktı ilə bağlı informasiyalar dərc edilib.  BakuCity.az xəbər verir ki, koronavirus şübhəsi ilə karantinə alınan şəxs Xalq.az və Bakutime.az portallarının rəhbəri Zaur Mirzəzadənin həyat yoldaşıdır. Z.Mirzəzadə ailəsilə birlikdə Jurnalistlər binasında kirayədə yaşayır. Qeyd edək ki, Z.Mirzəzadənin özünün və 3 övladından test nətic...
Cəmiyyət
Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması barədə məlumat yayılıb. BakuCity.az xəbər verir ki, AzTV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov Qafqazinfo-ya açıqlamasında həmin operator karantinə alındığını deyib: "Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələlik araşdırma aparılır. Operator karantinə alınıb və yoxlamadan keçirilir...
Cəmiyyət
Aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramları təsis ediləcək. BakuCity.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiya”da öz əksini tapıb. Sənəddə qeyd edilir ki, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi...
Cəmiyyət
Maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununu imzalayıb. Qanuna əsasən, maska taxılması tələb olunan yerlərdə qaydalara tabe olmayanlar cərimələnəcəklər. BakuCity.az bu məqamda maska taxılması tələb edilən məkanların siyahısını təqdim edir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sər...