Bakıda daha bir başıbəlalı yol: İcra Hakimiyyəti boynundan atır

"Qəsəbədaxili yollar agentliyin balansında deyil"

Binəqədi Rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yolların bərbad vəziyyətdə olması ilə bağlı məsələyə aydınlıq gətirib.

BakuCity.az-ın məlumatına görə, İcra Hakimiyyətindən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində asfalt örtüyünün çəkilməsi Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən deyil, aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən müəyyən edilmiş tədbirlər proqramına uyğun olaraq mərhələli şəkildə aparılır:

“Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsi tədbirlər planına salınıb və həmin ərazidə yol örtüyünün salınması işlərinin həyata keçirilməsi agentlik tərəfindən planlaşdırılır. Məlumat üçün AAYDA-ya müraciət etməyiniz xahiş edilir”.

AAYDA-nın Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirib ki, qəsəbədaxili yollar agentliyin balansında deyil:

Həmçinin oxu: Bakının 8 qəsəbəsində 27 küçə və yol asfaltlanıb - FOTO

“İndiyə kimi o yolların bu cür vəziyyətdə olmasına görə cavabdeh yerli İcra Hakimiyyəti və bələdiyyələrdir. Çünki qəsəbə daxilində, yeni yaşayış sahələrində infrastrukturların yaradılmasına birbaşa onlar cavabdehdir. Onlar cavab verməlidirlər ki, niyə yollar təmir olunmayıb, niyə bu vəziyyətdədir?

Prezident İlham Əliyev ötən il Şəfayət Mehdiyev küçəsinin yenidənqurmadan sonra açılışında bizim qurumun qarşısında tapşırıq qoydu ki, qəsəbələrarası yollarla yanaşı, qəsəbədaxili yollar da təmir olunsun. Bu tapşırığın icrası ilə əlaqədar olaraq, bizim balansımızda olmadığı üçün əməkdaşlarımız tərəfindən qəsəbələr üzrə araşdırma aparıldı. Bakının 60 qəsəbəsi üzrə araşdırma zamanı 2300 yolun təmirə ehtiyac olduğu müəyyənləşdi və tədbirlər planı hazırlandı. Ona uyğun olaraq ötən il işlərə start verildi. 2019-cu ildə təkcə Binəqədi rayonu üzrə 26,8 kilometr uzunluğunda olan 32-yə yaxın küçə və yola asfalt beton örtüyü çəkildi”.

A.Nəcəfli qeyd edib ki, ötən ilin dekabrında İlham Əliyevin Binəqədi rayonunda avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncama əsasən, rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Xocahəsən, 28 May qəsəbələri ərazisində yolların əsaslı təmiri məqsədilə 8,7 milyon manat pul ayrılıb:

“Sözügedən sərəncam çərçivəsində agentlik tərəfindən hazırda qeyd edilən qəsəbələr üzrə ümumi uzunluğu 30 kilometr olan daxili küçə yollarında əsaslı təmir işləri həyata keçirilir. Bu işlər yekunlaşdıqdan sonra digər yerlərdə də təmir işləri aparılacaq.

2023-cü ilə kimi Bakının 60 qəsəbəsi üzrə araşdırma zamanı 2300 yolun təmir işlərinin aparılmasını planlaşdırırıq. Sadəcə, səbr etmək lazımdır. İndiyə kimi o yolların bu vəziyyətdə olmasına biz cavabdeh deyilik. Bundan sonra biz o yolları təmir etməliyik, çünki qarşımızda tapşırıq qoyulub. Həmin yollar da təmir ediləcək”.

BakuCity.az

Bakı yol təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Sərt karantin rejimi hər həftəsonu olacaq?  Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları sərtləşdirildi. Bir çox dövlət və özəl qurumların fəaliyyətləri dayandırıldı, hətta aptek və marketlər də iki günlük qapadıldı. Tək-tək istisnalar olmaqla insanların çölə çıxışlarına qadağa qoyuldu. Əslində gözləmədiyimiz bir şey baş verdi. Çünki son günlər karantin rejiminin yumşaldılması yolu...
Kriminal
Bakıda karantin qaydalarını pozaran market aşkarlanıb. Ötən gün Bakının Xətai rayonu, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında sərtləşdirilmiş karantin qaydalarını pozaran market aşkarlanıb. BakuCity.az xəbər verir ki, hadisə yerinə polis qüvvələri cəlb edilib, marketi işlədən sahibkar və işçiləri saxlanılıb. Qeyd edək ki, COVID-19 infeksiyasının yayılma sürətinin azaldılması, onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi...
Cəmiyyət
Bu günlərdə "103" çağırış xidmətinə edilən zənglərin sayı artıb. Ciddi karantin rejimi tətbiq edilsə də, təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. BakuCity.az xəbər verir ki, təcili tibbi yardım işçiləri evlərindən çıxa bilməyən xəstələrə yardım etmək üçün əllərindən gələni edirlər.  Təcili tibbi yardım xidmətindən bildirilib ki, artımla bağlı dəqiq statistik məlumat verə bilməsələr də, müşahidələr əvvəlki günlərə...
Kriminal
Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb. BakuCity.az xəbər verir ki, hadisə dünən, şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb. Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb. N.Rəhimov ürəyindən bıçaqlanaraq öldürülüb. Z.Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity...
Cəmiyyət
Bakıda evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlər polis tərəfindən evə qaytarılıb. Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb. Bəzi paytaxt sakinləri isə bu qadağa ilə barışmaq istəmirlər. BakuCity.az xəbər verir ki, bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbərlər yayılsa da, budəfəki hadisə bi...
Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az