Bakıda yol polisi sürücülərə tələ qurur? - VİDEO

Bakıda yol polisi sürücülərə tələ qurur? - VİDEO

Qayda pozan sürücü axtarırlar

Sosial şəbəkələrdə Dövlət Yol Polisinin əməkdaşlarının sürücülərə, belə demək mümkünsə, tələ qurması ilə bağlı videogörüntü yayılıb.

BakuCity.az-ın Oxu.az-a istinadən məlumatına görə, sürücü iddia edir ki, yol polis əməkdaşı “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə xidməti avtomobili ilə dairə boyunca dayanmadan hərəkət edir, onlara yol verməyən sürücüləri saxlayıb məsuliyyətə cəlb edirlər.

Görüntülərdən aydın olur ki, iki patrul avtomobili dairə boyu durmadan hərəkət edərək qayda pozan sürücü axtarırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə bildirib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb:

“Bu videogörüntü ilə bağlı tərəfimizdən araşdırmalara başlanılıb. Biz hazırda bilmirik ki, həmin polis əməkdaşı nə səbəbə görə sürücüləri saxlayır”.

BakuCity.az

Bakı polis cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər