Görüntülər araşdırılır
Bakıda qadın sürücü idarə etdiyi avtomobillə avtobusun qarşısını kəsib.
Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, bu gün səhər saatlarında qadın sürücü avtomobilini Heydər Əliyev prospektində Milli Gimnastika Arenasının qarşısındakı dayanacaqda 1 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan "Bakubus" MMC-yə məxsus avtobusun qarşısında saxlayıb.
İctimai nəqliyyat vasitəsinin siqnal verdiyini görən həmin qadın avtomobilindən düşərək avtobusun sürücünü təhqir edib.
Hazırda avtobusdakı müşahidə kameralarının görüntüləri araşdırılır. Tam görüntülər daha sonra təqdim olunacaq.