BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarıldı

BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarıldı

Professor Akif Quliyev də işdən çıxarılıb

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub. 

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

BakuCity.az

BDU prorektor dekan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər