Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxtdan yola düşəcək?

Bakı-Tbilisi-Qars sərnişin qatarı nə vaxtdan yola düşəcək?

Müvafiq sənədlər hazırdır

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşımalarının təşkili ilə bağlı işlər aparılır. Bu yaxınlarda həmin istiqamət üzrə sərnişin qatarının sınağı keçirilib.

BakuCity.az xəbər verir ki, bu barədə Baku.ws-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. 

Məlumata görə, müvafiq sənədlər hazırlanıb və onlar imzalanandan sonra sərnişin daşımalarına start veriləcək.

"Bunun üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 vaqon Azərbaycana gətirilib. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars marşrutu ilə elektrik qatarı deyil, sərnişin qatarı fəaliyyət göstərəcək.

"Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin qatarı fəaliyyətə başlayacağı ərəfədə onun hərəkət qrafiki barədə əvvəlcədən ölkə vətəndaşlarına KİV vasitəsilə ətraflı məlumat veriləcək", - deyə məlumatda qeyd olunur.

BakuCity.az

Bakı-Tbilisi-Qars sərnişin qatarı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər