Seçkilər 4 ildən bir keçirilir
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib.
BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, AFFA-nın yanvarın 28-də keçirilən konfransında assosiasiyanın hazırkı rəhbəri R.Abdullayev səsvermə yolu ilə növbəti dəfə dörd il müddətinə qurumun prezidenti vəzifəsinə seçilib.
Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir. Qurumun prezidentliyinə seçkilər dörd ildən bir keçirilir.
BakuCity.az