Bu səhifələrə aldanmayın: "İnstaqram" istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO

Bu səhifələrə aldanmayın: "İnstaqram" istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO

Virtual məkanda fala baxanlar da peyda olub

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, son günlər sosial şəbəkələrdə, xüsusən "İnstaqram"da müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artıb.

Qeyd olunub ki, belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə vətəndaşlarımızı aldadan şəxslər mövcuddur:

"Sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən DİN-ə çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik”.

Bu səhifələrə aldanmayın: "İnstaqram" istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO, fotoşəkil-1 Bu səhifələrə aldanmayın: "İnstaqram" istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO, fotoşəkil-2 Bu səhifələrə aldanmayın: "İnstaqram" istifadəçilərinə XƏBƏRDARLIQ - FOTO, fotoşəkil-3

BakuCity.az

Daxili İşlər Nazirliyi sosial şəbəkələr xəbərdarlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər