Bakının bu əraziləri susuz qalacaq

Bakının bu əraziləri susuz qalacaq

“Azərsu” abonentlərdən üzr istəyir

Nəsimi rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə BakuCity.az-a "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Bakı şəhəri Nəsimi rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin istismara verilməsi və köhnə xətlərin ləğvi ilə əlaqədar 28 yanvar 2020-ci il tarixində gün ərzində 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

BakuCity.az

Azərsu içməli su məhdudiyyət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər