Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış tarixi məlum oldu

Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış tarixi məlum oldu

Son tamamlama işləri gedir

Azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması prosesi davam edir.

BakuCity.az-ın məlumatına görə, bunu heykəltəraş, Xalq rəssamı Xanlar Əhmədov Baku.ws-ə bildirib.

Onun sözlərinə görə, hazırda son tamamlama işləri gedir:

"Hacının heykəlinin hazırlıq prosesi davam edir və son tamamlama işləri gedir. Hazırda heykəlin qəliblənməsi, tunca tökülməsi və yerinin tikilməsi qalıb. Qrafik üzrə necə nəzərdə tutulubsa, Novruz bayramı günlərində açılış olmalıdır.

Heykəl özü 2,3 metr, pyedestalı ilə birgə 2,5 metr olacaq. Qranit potstament 1,50-1,70 arası olacaq.

Heykəl "İçərişəhər" metrostansiyası ilə üzbəüz parkda ucaldılacaq. Heykəlin smetasını indidən deyə bilmirəm. Dəyişikliklər var, ölçülər dəyişir. Ölçülərə görə bürünc və qranitin qiyməti dəyişir".

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanır. X.Əhmədov 2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Əməkdar rəssam", 2006-cı ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə "Xalq rəssamı" fəxri adına layiq görülüb.

O, dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışıb. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir. Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

BakuCity.az

Hacı Zeynalabdin Tağıyev heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər