Bakıda sürücülərə tələ quran polislərin kimliyi bilindi - VİDEO

Bakıda sürücülərə tələ quran polislərin kimliyi bilindi - VİDEO

Avtomobilin sürücüsü də saxlanılıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairədə DYP əməkdaşlarının sürücülərə tələ qurması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

BakuCity.az-ın məlumatına görə, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.az-a deyib ki, hazırda görüntülərlə bağlı araşdırma davam etdirilir:

“Biz müəyyən etmişik ki, həmin polis əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşlarıdır. “Sədərək” Ticarət Mərkəzinin yanındakı dairə onların xidmət etdiyi ərazinin sərhəd hissəsidir.

Həmin dairənin ətrafında bəzi hallarda avtomobillər yığılır və nəqliyyat vasitələrinin rahat keçməsinə mane olduqları üçün polis əməkdaşları ərazidə xidmət aparırlar”.

K.Əliyev qeyd edib ki, qurum birtərəfli qaydada araşdırma aparmır:

“Həmin ərazidə polis əməkdaşları avtomobilin sürücüsünü də saxlayıb. Biz də onu da idarəyə dəvət etmişik ki, görək, onun izahatı ilə bizim əməkdaşların izahatı uyğun gəlirmi? Araşdırmanın nəticəsi barədə geniş məlumat verəcəyik”.

BakuCity.az

Bakı dairə yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər