Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

Nazik bağırsağı deşilib

Bakıda daha bir uşaq maqnit udub.

BakuCity.az "Report"a istinadən məlumat verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirərək digər 4 maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb. 

Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq 2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO, fotoşəkil-1 Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı uşaq maqnit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər