"Jara-2020" festivalının açılışında çıxış edəcək sənətçilərin adları açıqlandı

"Jara-2020" festivalının açılışında çıxış edəcək sənətçilərin adları açıqlandı

Festivalın ilk günündə çıxış edəcək bəzi müğənnilərin adları məlum oldu

"Jara-2020" beynəlxalq musiqi festivalının rəsmi ”İnstaqram səhifəsində builki tədbirin açılışını edəcək bəzi sənətçilərin adları açıqlanıb.

BakuCity.az xəbər verir ki, yubiley festivalının açılışında iştirak edəcək ulduzlar arasında Emin, #2Masha, Maks Barskix, Burito, “Vremya i Steklo” (Время и Стекло), Monatik, Qriqori Leps, Slava (Слава), MOZGI, Mişel Andrade kimi sənətçilər var.

Təşkilatçılar qeyd edirlər: "Əlbəttə ki, bununla kifayətlənməyəcəyik və çox keçmədən, iyulun 29-da və festivalın digər günlərində səhnəmizdə çıxış edəcək ulduzların adlarını da sizinlə bölüşməyə başlayacağıq".

Paylaşımda həmçinin qeyd olunur ki, bu il musiqi festivalı çox sayda parlaq ulduzla unikal olacağını vəd edir:

"Budəfəki JARA-da ulduzların sayı keçənilkindən daha çox olacaq. Bu il əvvəllər olduğundan daha alovlu olacaq - zəmanət veririk".

Qeyd edək ki, biletlər artıq Bakı şəhərinin kassalarında, həmçinin www.iticket.az saytında satışa çıxarılıb.

Layihə məşhur müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov (EMIN), Rusiyanın Əməkdar artisti Qriqori Leps, "Rusiya Radiosu"nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kajevnikov tərəfindən təşkil edilir.

Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ, Qazaxıstan və digər ölkələrin populyar ulduzları iştirak edirlər.

Festivalın informasiya tərəfdaşı BakuCity.az saytıdır.

Züleyxa İsmayılova

BakuCity.az

Bakı Jara-2020 musiqi festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər