Bakıda eko parkların yaradılması təklif edilir

Bu, yeni iş yerlərinin açılmasına da imkan verəcək

Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq eko parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.

BakuCity.az-ın məlumatına görə, qurumdan FED.az-a bildirilib ki, bu məqsədlə assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib. Ekoloqlar, torpaqşünas, hidroloq, botanik, zooloq, iqlimşünas, şəhərsalma və turizm mütəxəssisləri ilə birgə Bakı şəhərində eko parkların yaradılması imkanlarını araşdırırlar və bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər.

AzETA-nın mütəxəssislərinin fikrincə, eko parkların yaradılması nəticəsində açıq hava fəaliyyətlərinə qatılmaq arzusunda olan yerli və xarici turistlər, o cümlədən uşaqlar, yeniyetmələr və gənclər üçün heyvanlar və bitkilər aləmi ilə daha yaxından tanış olmaq, yaşlı nəsilin isə nümayəndələri üçün istirahət imkanlarının yaradılması mümkün olacaq. Bunlarla yanaşı, eko parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin artmasına da imkan yaradacaq.

Assosiasiyadan bildiriblər ki, açıq hava turizm fəaliyyətləri – piyada gəzintilər, velosiped gəzintiləri, pikniklər, dağa dırmanma, quşların və heyvanları seyr etmək, müxtəlif aqro təcrübələr, təbii və süni relyeflərdə müxtəlif rekreasiya və idman fəaliyyətləri turistlər və yerli əhali arasında popularlıq qazanmaqdadır. İri şəhərlərin qeyri-qənaətbəxş ekoloji durumunu yaxşılaşdırmaq məqsədilə onların ərazilərində eko parkların yaradılması bu işə xüsusi töhfə verir, əhali arasında ekoloji mədəniyyətin artmasına və ekoturizm fəaliyyətlərinin genişlənməsinə imkan yaradır.

Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində eko parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıblar. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilirlər, bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınırlar.

AzETA-da hesab edirlər ki, turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkənin ekoturizm məkanı kimi tanıdılmasına töhfə vermək məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdırlar, bu isə davamlı inkişafa səbəb olur.

BakuCity.az

Bakı eko parklar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat baş verib. BakuCity.az xəbxər verir ki, hadisə  Sabunçu rayonunda, dünən gecə saatlarında qeydə alınıb. Minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1984-cü il təvəllüdlü Ağayev Rüstəm Təyyar oğlu və 1997-ci il təvəllüdlü Osmanova Elyanura Fəxri qızı xəsarət alıblar. Xəstəxanaya yerləşdirilən yaralılara bədənin küt travması, döş qəfəsinin əziyi diaqnozları qoyulub, vəziyy...
Cəmiyyət
Rusiyadan Azərbaycana daha 175 nəfər azərbaycanlı gətirilib. Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Həmçinin oxu: Daha 175 azərbaycanlı Rusiyadan vətənə gəlir Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib. Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbayca...
Kriminal
Azərbaycanda narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdənlərin kimliyi məlum olub. Azərbaycanda qadağan edilən it döyüşlərinin keçirilməsilə bağlı məlumat vermişdik. BakuCity.az xəbər verir ki, məlumat yayılandan sonra Daxili İşlər Nazirliyindən məsələyə operativ olaraq reaksiya verilib. Qurumun mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun BAKU.WS-ə verdiyi məlumata görə, araşdırmalar zamanı it döyüşləri təşkil edənlərin kimliyi bəlli...
Cəmiyyət
Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 165 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1957-ci il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 568 nəfərin koron...
Cəmiyyət
Rusiyadaki Azərbaycan vətəndaşlarının daha bir hissəsini vətənə gətirilir. Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb. BakuCity.az xəbər verir ki, təyyarədə 175 nəfər var. Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiya...
Cəmiyyət
Təhsil nazirliyi vacib məlumat yayıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib. BakuCity.az xəbər verir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb: 1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılm...
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, ni...
Kriminal
Tanınmış polis zabiti xidmət zamanı ağır xəsarət alıb. Əməkdar idman ustası, kiqboksinq üzrə 6 qat dünya, 12 qat Azərbaycan çempionu "Prins Baku" təxəllüsü ilə tanınan polis kapitanı Kamil Şərifov ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. BakuCity.az xəbər verir ki, Suraxanı rayonu 31-ci Polis bölməsi əməkdaşı olan K.Şərifov mayın 11-də karantin postunda olarkən polisin qanuni tələbinə tabe olmayan xanım sürücü tərəfindən vurulub. Karantin postunda "Audi"...
Cəmiyyət
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs... Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.  Artıq minlər...