Bakıda taksi sürücüsünün başından vurub maşınını əlindən aldılar

Bakıda taksi sürücüsünün başından vurub maşınını əlindən aldılar

O, huşunu itirib

Yanvarın 27-də Bakının Yasamal rayonunda taksi sürücüsü soyğunçuluğa məruz qalıb.

BakuCity.az-ın məlumatına görə, bu barədə Rayon Polis Şöbəsindən Oxu.az-a bildirilib.

Saat 04 radələrində Abbas Mirzə Şərifzadə küçəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü, 31 yaşlı Xəqani Səfərov sərnişin kimi avtomobilinə minən iki naməlum şəxs tərəfindən hücuma məruz qalıb.

Hücum edənlərdən biri H.Səfərovu yumruqla başından vurub, nəticədə o, huşunu itirib.

Sonra cinayətkarlar taksi sürücüsünü maşından sürüyüb çıxararaq avtomobilini oğurlayıblar.

Cinayət 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Hələlik faktla bağlı saxlanılan yoxdur.

BakuCity.az

Bakı taksi sürücüsü oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər