Bakıda binada yanğın: sakinlər təxliyə olundu

Bakıda binada yanğın: sakinlər təxliyə olundu

2-si azyaşlı olmaqla 4 nəfər təxliyə olunub

Bakıda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb.

Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BakuCity.az

Bakı bina yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər