Nərminin nənəsindən gözlənilməz açıqlama: "Qızım və kürəkənimdə də günah var"

"Uşağı ölüb, iş və ev davası edir"

“Qatilin tezliklə öz cəzasına çatmasını istəyirəm”.

BakuCity.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Tovuzun Dondar Quşçu kəndində öldürülən və yandırılan 10 yaşlı Nərminin nənəsi Minayə İsmayılova deyib.

O, qətldə şübhəli bilinərək hazırda barəsində həbs qətimkan tədbiri seçilən İlkin Süleymanovun kifayət qədər normal ailədən olduğunu deyib:

“Onlar təmiz və ziyalı ailədir. Amma yenə də ekspertizanın cavabını gözləyirik. Ən böyük istəyim qatilin düzgün müəyyən edilməsi və cəzalandırılmasıdır”.

Həmçinin oxu: Nərminin qatilinə işgəncə verilib? - Baş Prokurorluqdan AÇIQLAMA

Minayə İsmayılova Nərminin qətlindən sonra qızı və kürəkəni ilə münasibətləri kəsdiyini deyib. O, nəvəsinin ölümündə qızı və kürəkəninin də günahı olduğunu iddia edib:

“Qızım uzun müddət İlkinin yeznəsi işləyən kafedə işləyib. Dəfələrlə kürəkənim Şərifin İlkinin yeznəsi İbişlə mübahisələri düşüb. Hətta İbişi bıçaqlamaq istəyib. 3-4 ay əvvəl qızım mənə zəng etdi ki, Şərif məni öldürmək istəyir. Getdim ki, Şərif kafenin ətrafında əlində bıçaq gəzişir. Dedim nə məsələdir, qızımla nə işin var? Dedi ki, qızınla deyil, İbişlə işim var. Sonra oradan uzaqlaşdı. Şərifi polis şöbəsinə də şikayət etmişdim.

Kürəkənim qızımın həmin kafedə işləməsini istəmirdi. Dəfələrlə eşitmişəm, deyirdi ki, İbişi öldürəcəyəm. Nərminin başını da elə onlar - ər-arvad yedilər. Nə qızımla, nə də kürəkənimlə münasibətim var. Gediş-gəlişimiz yoxdur.

Qızım dəfələrlə məni təhqir edib. O uşağın əziyyətini mən çəkmişəm. Kafelərdə işləyə-işləyə, əlim sularda, kirayələrdə qala-qala zülmlə Nərmini böyütmüşəm. Elə saxlamışam o qızı… İndi də yanıb-tökülürəm. O uşağa heyfim gəlir, balam yazıq oldu.

Deyirəm ki, niyə o günə qoydunuz o uşagı? Nərmin qızımın qayınanasının evindən çıxmayıb. O uşağın ölümünə görə onları danışdırmıram, evimə də buraxan deyiləm. Qızım evində otursaydı, Nərmin belə olmazdı. Hər gün əri ilə işləməyin üstündə dava idi. Hələ indi də iş davası edir.

Uşağı ölüb, iş və ev davası edir. Sən niyə Bakıdan ev istəyirsən? Mənim uşağım olmayandan sonra evim heç olmasın. Neynirəm, uşaqsız o evi? Qızım da olsa, sözün düzünü, ümumiyyətlə, kimin nəyi varsa, üzünə deyirəm”.

Xatırladaq ki, Nərminin qətlində ittiham olunan İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb. İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Evdən çıxmamışdan qabaq SMS göndərin Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar imzalayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiy...
Cəmiyyət
Məsafə saxlayın “Taksiyə 2 nəfərdən artıq sərnişin götürən sürücü cərimə ediləcək”. BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əziz Baqişev deyib. O bildirib ki, taksiyə 4 nəfərin götürülməsi yolverilməzdir: “İnsanlar ictimai nəqliyyatdan istifadə edərkən məsafə saxlamalıdırlar. Bu, taksilərə də aiddir”. BakuCity.az
Cəmiyyət
Söhbət 199 nömrəli avtobusdan gedir Bakıda daha bir avtobus sürücüsü karantin qaydalarını pozub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, söhbət 199 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan gedir. Faktla bağlı foto sosial şəbəkədə sərnişinlərdən biri tərəfindən paylaşılıb. Qeyd olunub ki, sürücü Moskva prospektində boş oturacaq yerləri olmadığı halda sərnişin götürüb. Fotodan da göründüyü kimi, avtobusda sərnişin sıxlığı...
Cəmiyyət
“Yayılan məlumatlara görə, əks halda inzibati məsuliyyətə cəlb olunacaqlar” Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan xəbərlər...
Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...