Bakıda ər qadını dabankeşlə döyüb xəstəxanalıq etdi

Bakıda ər qadını dabankeşlə döyüb xəstəxanalıq etdi

Açıq kəllə-beyin travması alıb

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə 5-ci mikrorayon, Cavadxan küçəsində yerləşən mənzildə qeydə alınıb.

1972-ci il təvəllüdlü K.Quliyeva həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən dabankeşlə döyülüb. Başından açıq kəllə-beyin travması alan qadın 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

BakuCity.az

Bakı qadın döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər