Koronavirusa görə Quançjoudan Bakıya uçuşlar da dayandırıldı

Koronavirusa görə Quançjoudan Bakıya uçuşlar da dayandırıldı

Aprelin 1-dək dayandırılıb

"China Southern Airlines" aviaşirkəti Quançjou-Bakı-Quançjou birbaşa sərnişin aviareysi üzrə uçuşları dayandırıb.

BakuCity.az xəbər verir ki, bu barədə "APA-Economics"ə şirkətin Bakıdakı ofisindən bildirilib.

Məlumata görə, buna səbəb Çində tüğyan edən koronavirus olub:

Həmçinin oxu: AZAL-dan Çinə bilet alan sərnişinlərə MÜRACİƏT

"Quançjou-Bakı aviareysi cari il aprelin 1-dək dayandırılıb. Sözügedən reys üzrə uçuşların bərpa olunmasının dəqiq tarixi bilinmir".

Qeyd edək ki, "China Southern Airlines" Bakıdan Quançjouya uçuşları hər həftənin II və VII günləri yerinə yetirirdi.

Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 132 nəfərə çatıb, ümumilikdə isə təxminən 6 min nəfər bu virusa yoluxub.

BakuCity.az

koronavirus Quançjou Bakı uçuşlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər