Dənizə çirkab suların axıdılıması problemini necə həll etmək olar? - RƏSMİ CAVAB + VİDEO

Dənizə çirkab suların axıdılıması problemini necə həll etmək olar? - RƏSMİ CAVAB + VİDEO

Çirkləndiricilər dəfələrlə cərimələnib, xəbərdarlıq olunub

Hövsanda dənizə çirkab suların axıdılması problemi Hövsan kanalının rekonstruksiyası layihəsi çərçivəsində həll oluna bilər.

Bu barədə BakuCity.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildiriblər.

Hövsan kanalına çirkab suların bir neçə yerdən axıdıldığını Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov da təsdiqləyib və səbəblərini açıqlayıb.

O bildirib ki, “Balaxanı Oil”, “Suraxanı Oil”, “AzGerneft” MMC-də, eləcə də Zabrat-1, Zabrat-2, Ramana, Sabunçu, Suraxanı və Binə qəsəbələrində formalaşan tullantı sular Hövsan kanalına axıdılır:

“Çünki onların kanalizasiya sistemləri mərkəzi kanalizasiya sisteminə qoşulmayıb. Əsas səbəb budur. 

Uzun illərdir Hövsan kanalında bu problem mövcuddur. Kanalın rekonstruksiyası zamanı axarların mərkəzi kanalizasiya xəttinə qoşulması, tullantı sularının neytrallaşdırılması nəzərdə tutulub. Bu gün bu məsələlərin həlli üçün müvafiq təşkilatıar tərəfindən layihə hazırlanır”.

Ə.Həsənov bildirib ki, çirkləndiricilər dəfələrlə cərimələnib, onlara xəbərdarlıqlar olunub. Amma ümumiyyətlə bu problem Hövsan kanalının rekonstruksiyası layihəsi çərçivəsində həll oluna bilər.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Hövsan dəniz çirkab sular
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər