Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında - TOP-5

Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında - TOP-5

Bu funikulyordan Bakı buxtasına və Xəzər dənizinə əvəzsiz mənzərə açılır

Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında “TOP-5”ə daxil olub.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu “Fodors Travel” turizm şirkətinin reytinqi göstərir.

Reytinqdə 1-ci yeri Parisin şimalında, Montmartr təpəsində yerləşən məşhur funikulyor tutub. Bu funikulyor saatda iki min sərnişin daşıya bilər.

İkinci yerdə Macarıstanın Budapeşt şəhərindəki Buda təpəsində olan funikulyor qərarlaşıb. Qeyd edək ki, bu funikulyor Avropada ikinci tikilib.

Üçüncü yerdə 1875-ci ildə Türkiyədə açılan yeraltı Tunel funikulyoru, dördüncü sırada isə 1905-ci ildə tikilmiş Kiyev funikulyoru dayanır.

1960-cı ildə tikilmiş və 2012-ci ildə tamamilə yenidən təmir edilmiş Bakı funikulyoru isə 5-ci sırada qərarlaşıb. O, reytinqdə göstərilən digər funikulyorlarla müqayisədə ən müasirdir. Azərbaycanda yeganə olan bu funikulyordan Bakı buxtasına və Xəzər dənizinə əvəzsiz mənzərə açılır.

Reytinqdə, həmçinin Fransanın Le-Trepor, Lion, Çexiyanın Praqa, Portuqaliyanın Lissabon, İsveçrə Quttannen şəhərlərində yerləşən funikulyorlar yer alıb.

Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında - TOP-5, fotoşəkil-1 Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında - TOP-5, fotoşəkil-2 Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında - TOP-5, fotoşəkil-3 Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında - TOP-5, fotoşəkil-4 Bakı funikulyoru Avropanın ən yaxşı funikulyorları sırasında - TOP-5, fotoşəkil-5

BakuCity.az

Bakı funikulyor
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər