Bakıda redaktorun “Əməkdar jurnalist” vəsiqəsi oğurlanıb

Marketdə oğurlanıb

Bakıda marketdə tanınmış jurnalist, "Xalq qəzeti"nin redaktoru Tahir Aydınoğlunun əl çantası oğurlanıb.

BakuCity.az xəbər verir ki, T.Aydınoğlu “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hadisə yanvarın 28-i saat 18:45 radələrində Nəsimi rayonu Bülbül prospekti, 18 ünvanında yerləşən "Bravo" marketində qeydə alınıb:

“Həmin vaxt marketə daxil olub, əl çantamı saxlanc qutusuna qoydum. Marketdən alış-veriş edəndən sonra çantamın oğurlandığını gördüm. Bu barədə mühafizəçiyə və polisə müraciət elədim. Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinin əməkdaşları gəldi. Kameraya baxış zamanı çantanı gənc oğlanın oğurladığını gördük”.

T.Aydınoğlu qeyd edib ki, əl çantasının içərisində ona məxsus 3 mobil telefon, plastik bank kartları, açarlar və “Əməkdar jurnalist” vəsiqəsi olub:

“Mənə də əsas təsir edən “Əməkdar jurnalist” vəsiqəmin oğurlanmasıdır. Bank kartlarının hesablarını artıq dondurmuşam. İnanıram ki, polis əməkdaşları oğurluq edən şəxsi tapacaq”.

Fakt üzrə araşdırma aparılır.

BakuCity.az

Bakı vəsiqə oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Video birmənalı qarşılanmayıb Bakıda həkim pasiyentinin doğuş anının videosunu paylaşıb. BakuCity.az Oxu24.com-a istinadən xəbər verir ki, tanınmış həkim-ginekoloq Aysel Paşayeva qadının uşaq dünyaya gətirməsini çəkərək "İnstagram" hesabında paylaşıb. Qeyd olunan video birmənalı qarşılanmayıb. Bəziləri bu paylaşımı qeyri-etik hərəkət hesab edib. BakuCity.az
Cəmiyyət
Bu gündən yeni avtobuslar işləyir Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına 17.02.2020-ci il tarixindən "İsuzu Novociti" markalı avtobuslar cəlb edilib. Bu barədə BakuCity.az Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Agentliyin tələbinə əsasən, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə...
Cəmiyyət
"Bizə “Virus!” deyə qışqıran uşaqlar da olacaq” Çin vətəndaşı Bakıda mənəvi təzyiqə məruz qaldığını iddia edir. Adının çəkilməsini istəməyən çinli qız BakuCity.az-ın redaksiyasına göndərdiyi məktubda kirayədə qaldığı mənzildə qonşuların təzyiqi ilə qarşılaşdığını yazıb. O, dostları ilə birgə Azərbaycana səyahət məqsədilə gəldiyini, lakin koronavirus səbəbindən iki həftədən çoxdur Azərbaycanda qaldığını bildirib. Azərbaycan xalqının çox mehriban olduğunu, l...
Siyasət
“Güc Birlikdədir” şüarı forumun məqsədini açıq göstərir 2020-ci ilin 15 fevral tarixində Səfirliyin dəstəyi və Moldova Azərbaycanlılar Konqresinin təşkilatçılığı ilə Moldova Respublikasının Kişineu şəhərində yerləşən Mariot otelinin konfrans zalında ilk dəfə olaraq “Güc birlikdədir” şuarı altında Moldovada yaşayan gənc soydaşlarımızın Forumu keçirilib. BakuCity.az xəbər verir ki, konfrans zalının foyesində “Güc birlikdədir” şuarı ilə böyük banner quraşdırı...
Siyasət
"Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı" "Məzahir Pənahovun demokratlığı bizim dairənin başında çatladı". BakuCity.az xəbər verir ki, bunu deputatlığa namizəd Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsində yazıb. O qeyd edib: "Məlum səbəbdən digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb təhlil edirəm... Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı...
Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az
Cəmiyyət
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb. BakuCity.az  Report-a istinadən xəbər verir ki,  rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev təyin olunub. Həmin şöbədə baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib. Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çı...