Bakıdakı Çin restoranları diqqət mərkəzində: Koronavirus onlardan da yan keçməyib? - YENİLƏNİB

Bəzi restoranlar məlumat verməkdən yayındı

Çində yayılan koronavirusla əlaqədar olaraq Azərbaycanda da qabaqlayıcı tədbirlər gücləndirilib. Bəzi məlumatlara görə, bu virusun daşıyıcısı olan insanın təması nəticəsində əşya və qidalar vasitəsilə də yayılma təhlükəsi var. Belə olan halda Bakıda Çin mətbəxi nümunələri təqdim edən restoranlar da diqqət mərkəzinə düşür.

Mövcud vəziyyəti araşdırmaq üçün BakuCity.az saytı paytaxtda fəaliyyət göstərən Çin restoranları ilə əlaqə yaratmağa çalışıb.

“Jasmine” restoranından bildirilib ki, onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb və iaşə müəssisəsi əvvəlki qaydada işini davam etdirir:

“Yayılan məlumatlar fəaliyyətimizə heç cür təsir göstərməyib. Müştərilər indi də restoranımıza gəlməyə davam edirlər. Bir sözlə, məkanda müştəri qıtlığı yaşanmır”.

Həmçinin oxu: Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb - RƏSMİ

“Çinar” restoranından deyiblər ki, məhsulların hamısı Niderlanddan alınır:

“Restoranımız sırf Çin mətbəxi deyil, qarışıq Asiya mətbəxi ilə xidmət göstərir. Burada Çin, Yaponiya, Malayziya, Sinqapur və s. mətbəx nümunələri verilir. Ümumiyyətlə, koronavirusla əlaqədar olaraq müştərilərin azaldığını deməzdik, amma şəhərə turist axınının azalması ilə məkanımıza gələn xarici qonaqların da azalması müşahidə olunur. Restorana müvafiq qurumlar tərəfindən ümumiyyətlə baxış keçirilməyib”.

“Shin Shin”dən isə qeyd ediblər ki, məkan müdiriyyət tətildə olduğuna görə müvəqqəti olaraq bağlıdır, növbəti ayın 1-dən etibarən fəaliyyətə başlayacaq. Yoxlanışa gəlincə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir qayda olaraq restorana hər gün baxış keçirildiyi deyilib.

“Fan nang”, “Hong-Kong”,  “Asian Street Food” kimi restoranlar isə ümumiyyətlə məlumat verməkdən yayınıblar.

Qeyd edək ki, Azərbaycanda yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilib. Bu məqsədilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 xüsusi palata ayrılıb. Həmçinin sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilib; Çindən bir sıra məhsulların gətirilməsinə qadağa qoyulub.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı koronavirus Çin restoranları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda iş saatı dəyişdirilib. Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. BakuCity.az xəbər verir ki, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qe...
Hadisələr
Bakıda Aeroport yolundan Bakıxanov istiqamətinə gedən yolda nəqliyyat vasitəsi yanıb. BakuCity.az xəbər verir ki, hadisə dünən gecə, saat 23:00 radələrində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyevanın sözlərinə görə, 208 saylı sərnişin avtobusu qaraja gedərkən yolda alışıb.  Avtobus alışarkən boş olub. Yanğın Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Xəsarət alan olmayıb. Hadisə şahidlərinin sözlərinə...
Kriminal
Bakıda metroda polislə “maska insidenti”nə görə 5 nəfər barəsində cinayət işi başlanıbə. Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara qarşı müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol verən Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov və Taleh Baxşıyev saxlanılıblar. BakuCity.az xəbər verir...
Cəmiyyət
“Yoluxma sayının artması karantin rejiminin sərtləşdirilməsilə bağlı müraciəti labüd edib”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlı qeyd edib ki, yaxın iki ayda tam üç gün ərzində küçəyə çıxma qadağası təklif olunub. Sədrin sözlərinə görə bu təklif qəbul edilib, detalları müzakirə...
Cəmiyyət
“Vətəndaşlar yenidən icazə sistemi ilə yaşayış yerini tərk edəcəklər”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirdiyi brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. R.Bayramlının sözlərinə görə, elə istehsalat sahələri var ki, fasiləsiz işləməlidir. Sədrin dediyinə görə, bununla bağlı qərar isə bu gün veriləcək: “Zəruri işləməli olan müəssisələrin...
Cəmiyyət
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət ç...
İdman
Bakının “Sabah” klubu futbolçusu Xulio Rodriqeslə müqavilənin müddətini uzadıb.  BakuCity.az xəbər verir ki, bununla bağlı paytaxt təmsilçisinin rəsmi saytında məlumat verilib. Məlumata görə, sözləşməyə əsasən, 29 yaşlı paraqvaylı hücumçu daha bir il komandanın uğurları üçün çalışacaq. Xatırladaq ki, X.Rodriqes “Sabah”a bu ilin yanvarında transfer olunub. BakuCity.az
Ekologiya
Havanın temperaturu düşəcək, güclü külək... BakuCity.az xəbr verir ki, bu barədədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir. Bunun nəticəsində də havanın temperaturu  ötən günl...
Hakimiyyət
Nazirliyin postuna fərqli namizədlərin adları çəkilir. Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır. Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır. BakuCity.az xəbər verir ki, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir. Həmçinin oxu: Əbülfəs Qarayev işdən çıxarıldı - SƏRƏNCAM Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir. Qeyd edək ki, Fə...