"25-ə qədər türk, 10-a yaxın azərbaycanlı var"
Türkiyə Çində koronavirusun yayıldığı bölgədə olan Azərbaycan vətəndaşlarını təxliyə edəcək.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Hürriyet”in məlumatına görə, R.T.Ərdoğan Türkiyədə hazırda hər hansı problemin olmadığını vurğulayıb:
“Səhiyyə Nazirliyinin bu məsələdə təmkinli açıqlaması belədir: “Bizdə hələ ki, hər hansısa problem yoxdur”. Ancaq Çində koronavirusun yayıldığı bölgədə 25-ə qədər türk, 10-a yaxın azərbaycanlı var. Onların Türkiyəyə dönmə arzular var. "Tədbirləri nəzərə alın, azərbaycanlı qardaşlarımızı da daxil edin. Karantinə almaq şərtilə bu qardaşlarımızı Türkiyəyə gətirin” dedik".
BakuCity.az