Cinayət işi açılıb
Masallı rayonunda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub.
BakuCity.az-ın məlumatına görə, bu barədə "Report"a Masallı Rayon Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda araşdırma aparılır.
BakuCity.az