Bakının yaddan çıxmış ərazisi: “Gedin, düzələcək” - VİDEO

Bakının yaddan çıxmış ərazisi: “Gedin, düzələcək” - VİDEO

“Gedin, düzələcək”

Gölməçə, bataqlıq, yaddan çıxarılımış yerlər... Sakinlər bu ərazini belə adlandırır. Söhbət Sabunçu rayonu Ramanı qəsəbəsi Mərkəzi küçə adlanan ərazidən gedir.

BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, Bakının mərkəzindən 10-15 kilometr məsafədə yerləşən bu yerdə sakinlər artıq 30 ilən çoxdur bərbad vəziyyətdə olan yollarda əziyyət çəkirlər. Yağışlı günlərdə isə yolda hərəkət, demək olar, tamamilə dayanır. Əlacsız qalan məktəblilər ayaqlarına sellofan paket keçirərək birtəhər məktəbə gedə bilirlər.

Sakinlər buradakı vəziyyəti belə təsvir edirlər:

“Burada vəziyyət dözülməzdir. Rayondan gələn qohumlar deyirlər ki, siz şəhərdə yaşayırsınız? Taksi çağırırıq, 5 manata gedilən yolu bizə 10 manata deyir”.

Sakinlər mövcud vəziyyətlə bağlı birbaşa rayon İcra Hakimiyyətini günahkar hesab edirlər. Belə ki, uzun illərdir vəziyyətlə bağlı dəfələrlə müraciətlər etsələr də, onlara verilən cavab eyni olub: “Gedin, düzələcək”.

İllər gedib, amma düzələn heç nə olmayıb. Sakinlər, ümumiyyətlə, rayon icra nümayəndələrini tanımadıqlarını da bildirdilər.

Problemlə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən isə verilən cavab sakinlərə deyilənlərdən fərqli olmadı:

“Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat vermişik”.

BakuCity.az

Bakı Ramana yol problemi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər