Bakı metrosunda YENİLİK: Sarı zolaqlar çəkilir - FOTO

Bakı metrosunda YENİLİK: Sarı zolaqlar çəkilir - FOTO

Digər stansiyalarında da olacaq

Bakı Metropoliteninin stansiyalarında görmə imkanı məhdud olan şəxslər üçün taktil plitələri döşənir.

Bu barədə BakuCity.az-a"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, həm hüdud xətti, həm də görmə qabiliyyəti məhdud olan sərnişinlər üçün hərəkət zolaqlarıdır:

Həmçinin oxu: Bakıda daha bir metro stansiyasının inşasına hazırlıq başladı

“Bu zolaqlar əsaslı təmir edilən bütün stansiyalarda girişdən düz platformaya qədər quraşdırılacaq. Artıq “Koroğlu” metro stansiyasında görmə qabiliyyəti məhdud insanlar üçün sarı zolaq çəkilib. Hazırda taktik plitələrin digər stansiyalarda da döşənməsi istiqamətində tədbirlər görülür".

B.Məmmədov qeyd edib ki, ümumiyyətlə, son illərdə fiziki imkanları məhdud sərnişinlərin metropolitendən istifadə imkanlarının genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirilir:

"Bu mənada əlil arabasından istifadə edənlər üçün xidmət ötən ilin mart ayından fəaliyyətdədir. Onların daşınması üçün xüsusi qurğular alınıb, qatarların baş vaqonlarında yerlər ayrılıb. Xidmətdən istifadə edənlərin sayı artmaqdadır. Bu xidmət telefon və ya mobil əlavə vasitəsilə əvvəlcədən verilən sifariş əsasında həyata keçirilir".

Bakı metrosunda YENİLİK: Sarı zolaqlar çəkilir - FOTO, fotoşəkil-1

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı Metropoliteni taktil sarı zolaqlar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər