Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənir - FOTO

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənir - FOTO

Belə ovlama üsulu balıqların kökünün kəsilməsi deməkdir

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə keçirilən növbəti reyd zamanı Xəzər dənizinin Xaçmaz rayonu ətrafı və Qaraçay çayından Vəlvələçay çayınadək olan ərazi balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib.

BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir:

"Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, su hövzələrinin ətrafında yaşayan sakinləri belə, balıq ovlayan qohumlarını, qonşularını bu işlərdən çəkindirməyə çağırırıq. Hesab edirik ki, ictimaiyyətin tənbehi onların cəzalandırılmasından daha təsirli olar”.

Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənir - FOTO, fotoşəkil-1 Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənir - FOTO, fotoşəkil-2 Su hövzələri qadağan olunmuş ov vasitələrindən təmizlənir - FOTO, fotoşəkil-3

BakuCity.az

su hövzələri qadağan olunmuş ov vasitələri reyd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər