Bakıda "avtoşluq" edib video yaydılar, həbs edildilər - VİDEO

Bakıda "avtoşluq" edib video yaydılar, həbs edildilər - VİDEO

Yol polisi sosial şəbəkələrə ciddi nəzarət edir

Bakıda "Saipa" markalı avtomobillərlə avtoxuliqanlıq edib çəkdikləri videonu sosial şəbəkədə yayan sürücülər həbs edilib.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücülərin saxlanılması ilə bağlı tədbir keçirib.

Həmçinin oxu: Bakıda avtoxuliqanlar yolu kəsdilər, polis işə qarışdı - VİDEO

Sürücülər saxlanıldıqdan sonra barələrində protokol tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən 1998-ci il təvəllüdlü Vəliyev Fərhad Fikrət oğlu və 1999-cu il təvəllüdlü İsmayilov Rəvan Ceyhun oğlu 15 gün həbs cəzasına məhkum edilib.

Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sosial şəbəkədə bu cür neqativ videoları yayan sürücülərə ciddi nəzarət edir.

BakuCity.az

Bakı avtoxuliqanlıq həbs
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər