Nənə ümidinə qalan Fatimə, balacaboy bəy... - Masallıdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI

Nənə ümidinə qalan Fatimə, balacaboy bəy... - Masallıdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI

İnam boyu balaca olduğu üçün hərbi xidmətə getməyib

İyirmi gün öncə toyu olan və dünən 19 yaşlı əri İman Məmmədov tərəfindən boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı əlavə məlumatlar bəlli olub.

BakuCity.az-in Cenubxeberi.com-a istinadən xəbər verir ki, Fatimənin atası İbrət Qəmbərov onun anası ilə rəsmi nikah olmadan bir yerdə yaşayıb və bir il sonra ayrılıblar. Hər iki valideyn sonradan başqaları ilə ailə qurub.

Fatimə Həsənli kəndində nənəsi ilə yaşayıb. Fatimənin anası isə əri ilə Bakı şəhərinə köçüb.

Həmçinin oxu: Əri tərəfindən qətlə yetirilən 16 yaşlı Fatimənin toy görüntüsü yayıldı - VİDEO

2019-cu ilin oktyabrında anası Fatimənin məktəbdən çıxarılması üçün təkid edib və onu Rusiyada yaşayan babasının yanına aparacağını bildirib. 2019-cu il noyabrın 1-də ananın təkidi ilə Fatimənin məsələsi məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. Bundan əvvəl isə ailə məktəbdən Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestat alıb.

İki ay sonra, yəni yanvar 5-də Masallıda şadlıq zallarının birində onun üçün qız toyu olub, yanvarın 10-da isə İman üçün Çaxırlı kəndindəki "Möcüzə” şadlıq sarayında toy edilib və Fatimə Xoşçobanlı kəndinə gəlin köçüb.

19 yaşlı İnam isə boyu balaca olduğu üçün hərbi xidmətə getməyib, Sumqayıt şəhərində kolleclərin birində əyani təhsil alırmış. Onun özündən balaca iki bacısı da var. Atası hadisə baş verən gün Sumqayıta gedərək oğlunun ailəsi üçün kirayə ev axtarırmış.

Fatimə Qəmbərova bu gün dəfn olunacaq.

BakuCity.az

Masallı toy qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər