Məqsəd qatarların təhlükəsiz hərəkətini təmin etməkdir
Bakı-Sumqayıt dairəvi dəmiryol xəttinin təmir-tikintisi zamanı əlavə iki yeraltı tunel və ya körpü inşa ediləcək.
BakuCity.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Baku.ws-ə deyib.
Onun sözlərinə görə, əlavə körpü və ya tunel tikintisi Bakı-Sumqayıt-Bakı istiqamətində qatarların təhlükəsiz hərəkətinə şərait yaratmaq məqsədi daşıyır:
"Bu tunellərdən birinin Sumqayıt şəhər stansiyasının çıxışındakı keçiddə tikilməsi planlaşdırılır. Həmçinin Ceyranbatan ərazisində qorunan keçidin müxtəlif səviyyəli kəsişmə ilə əvəzlənməsi də nəzərdə tutulur. Bu, təhlükəsizliyin təmin edilməsinə yönələn əlavə tədbirlərdir".
BakuCity.az