Ekspert: Bakıda sənədsiz ev problemi həll edilmir, dövlət büdcəsi isə ziyan görür

Ekspert: Bakıda sənədsiz ev problemi həll edilmir, dövlət büdcəsi isə ziyan görür

"Məsələnin birinci tərəfi texniki problemlərlə bağlıdır"

Azərbaycanda, xüsusən də Bakıda uzun illərdir sənədsiz evlərin dövlət reyestrinə daxil edilməsi prosesi yubanır.

BakuCity.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rəşad Həsənov Oxu.Az-a deyib.

R.Həsənov bildirib ki, sənədsiz evlərlə əlaqədar vəziyyət vətəndaşların böyük əksəriyyətinin mülkiyyət hüquqlarından istifadə edə bilməməsinə gətirib çıxarır.

Onun fikrincə, sənədsiz torpaq sahələri və sənədsiz evlər dövlət büdcəsinə də ziyan vurur:

Həmçinin oxu: Bakıdakı sənədsiz evlərlə bağlı YENİ TƏKLİF

“Çıxarışı olmayan mənzillərdən və ya yaşayış sahələrindən faktiki olaraq əmlak vergisinin toplanması texniki cəhətdən mümkün deyil. Qanunvericiliyə görə, sadəcə çıxarışı olan mənzillərdən əmlak vergisi tutula bilər. Bununla da dövlət büdcəsi itirmiş olur”.

Ekspert problemin hüquqi tərəflərinə də diqqət çəkib və deyib ki, aidiyyəti qurumların subyektiv maraqları da müəyyən çətinliklərə gətirib çıxarır.

R.Həsənov sənədsiz daşınmaz əmlaklarla bağlı məsələnin həll edilə bilməməsinin digər səbəblərindən də danışıb:

“Məsələnin birinci tərəfi texniki problemlərlə bağlıdır. Bir sıra hallarda, xüsusilə, fərdi yaşayış sahələri təhlükəli yerlərdə tikilir. Yaxud da bəzi yaşayış sahələrinin sənədləşməsi üçün torpağın təyinatının dəyişməsinə ehtiyac var. Bu isə qurumlar arasında ciddi koordinasiya tələb edən məsələdir. Ancaq proses yubana-yubana gedir”.

İqtisadçının fikrincə, çoxmənzilli binalarda da tikinti normalarına əməl edilməməsi hallarına rast gəlinir.

O qeyd edib ki, bəzi mənzil-tikinti kooperativlərinin rəhbərləri subyektiv maraqlarını müdafiə etmək üçün prosesə maneə yaradırlar:

“Qeyri-qanuni ödənişlər və digər bu kimi məsələlər ortaya çıxır. Çoxmənzilli binalarda qeyri-qanuni ödənişlərin yığılması da sənədsiz evlərlə bağlı problemin həllini ləngidən amillərdəndir. Problemin həlli üçün qurumlar qarşısında qoyulan öhdəliklər konkretləşdirilməlidir”.

BakuCity.az

Bakı sənədsiz evlər büdcə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər