Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə öldü

Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə öldü

Bu ay institutda ölənlərin sayı 5-ə çatdı

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə ölümü qeydə alınıb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, ötən gecə qeyd olunan xəstəxanada müalicə alan 1957-ci il təvəllüdlü Rahim Əliyev və kimliyi bilinməyən bir şəxs ölüb.

Həmçinin oxu: Ağciyər Xəstəlikləri İnstitutunda koronavirusla bağlı 8 palata ayrılıb

Qeyd edək ki, ötən il noyabrın 25-də sözügedən xəstəxanada 31 yaşlı Bağırova Rəhimə Tofiq qızı vəfat edib. Yanvarın 14-də isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan Qəniyev Rəşad və Qafarov Azad, 11-də isə adı açıqlamayan 1951-ci il təvəllüdlü bir xanım da orada ölüb.

BakuCity.az

Ağciyər Xəstəlikləri İnstitutun xəstə ölümü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər