Bakıda müəllimə qripdən ölüb - İDDİA

Bakıda müəllimə qripdən ölüb - İDDİA

Bir həftə öncə də qayınanası vəfat edib

249 saylı orta məktəbin təsviri incəsənət müəlliməsi Sərfi Namazova vəfat edib.

BakuCity.az xəbər verir ki, bu barədə News24.az-a daxil olan məlumatda bildirilir.

Müəllimə qrip xəstəliyindən dünyasını dəyişdiyi deyilir. O da qeyd olunub ki, bir həftə öncə müəllimənin qayınanası da eyni diaqnozdan vəfat edib. Dünən onun 7 mərasimi keçirilib.

Yayılan bu məlumat həmin məktəbdə oxuyan şagirdlərin valideynlərini təşvişə salıb.

Deyilənlərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün TƏBİB və Bakı Şəhər üzrə Təhsil İdarəsinə sorğu ilə müraciət edilib. Sorğunun cavabı dərc olunacaq.

BakuCity.az

Bakı məktəb ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər