Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO

Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO

Sürücü qəfil əyləci basıb

Bakıda iki avtobusun və bir minik avtomobilinin iştirakı ilə yol qəzası baş verib

Bakının Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata əsasən, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 dövlət qeydiyyat nişanlı) minik avtomobilin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilinin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 dövləq qeydiyyat nişanlı) avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan "Xaliq Faiqoğlu" şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 dövlət qeydiyyat nişanlı) isə 211 nömrəli avtobusa dəyib.

Həmçinin oxu: Bakıda avtobus qəzadan qaçmaq istədi, yoldan kənara çıxdı: yaralılar var - YENİLƏNİB + FOTO

Qəza nəticəsində hər iki avtobusda olan sərnişlərdən bəziləri xəsarət alıb.

APA-nın məlumatına əsasən, nəticədə 9 nəfər müxtəlif bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

BNA bəyan edir:

"Qeyd edilən qəza bir daha onu göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır. Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək".

Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO, fotoşəkil-1 Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO, fotoşəkil-2 Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı avtobus qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər