“WhatsApp”da koronavirusla bağlı səsli mesajlara inanmayın - XƏBƏRDARLIQ

“WhatsApp”da koronavirusla bağlı səsli mesajlara inanmayın - XƏBƏRDARLIQ

Rəsmi qurumların məlumatlarına istinad edin

Bu gün Azərbaycanda koronavirusla bağlı bu gün işçi qrupu yaradılıb.

BakuCity.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib.

O deyib ki, işçi qrupuna Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) kimi qurumların nümayəndələri daxildir:

Həmçinin oxu: Pekindən Bakıya gələnlər koronavirusa görə ciddi yoxlanışdan keçir - VİDEO

“Bu qurumlar bir-birləri ilə əlaqəli işləyirlər”.

Xatırladaq ki, işçi qrupunun yaradılması ilə bağlı qərar yanvarın 28-də Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün keçirilən müşavirədə qəbul olunub.

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlarla əlaqədar vətəndaşlara müraciət edib.

P.Əbubəkirov bildirib ki, mütəxəssis olmayan şəxslər “WhatsApp”da cürbəcür səsli mesajlar paylaşırlar:

“Səhiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in saytlarında, “facebook” səhifələrində insanlara koronavirusla bağlı hansı tədbirlərin görülməsi lazımdırsa, onlara tövsiyələr çatdırılır. Ona görə də vətəndaşlarımız gərək sosial şəbəkələrdə bu sahənin mütəxəssisi olmayanların paylaşdıqlarına inanmasınlar və rəsmi qurumların məlumatlarına istinad eləsinlər, onlara inansınlar”.

BakuCity.az

“WhatsApp” koronavirus Səhiyyə Nazirliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər