"Sovetski" sakinləri yeni mənzillərinə köçməyə başlayıblar - VİDEO

"Sovetski" sakinləri yeni mənzillərinə köçməyə başlayıblar - VİDEO

Mənzillərdən 19-u öz sahiblərinə təhvil verilib

"Sovetski" sakinləri Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərinə köçməyə başlayıblar.

Bu barədə BakuCity.az-a Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat verilib.

Məlumata əsasən, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında Bakının Yasamal rayonunun “Sovetski” adlanan ərazisindən köçürülən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Yasamal Yaşayış Kompleksindən ayrılmış mənzillərdən bu günə 19-u sahiblərinə təhvil verilib.

BakuCity.az

"Sovetski" yeni mənzillər köçmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər