“Kolorit Cafe” restoranlarının özəlliyi: “Biz insanların sadəcə qarnını yox, ruhunu da doydururuq” – MÜSAHİBƏ

“Kolorit Cafe” restoranlar şəbəkəsi öz əhatəsini genişləndirir: yeni məkanlar ürəyinizcə olacaq

BakuCity.az 2014-cü ildən Bakı sakinlərinə ləziz yeməkləri, gülərüz personalı ilə xidmətə başlayan “Kolorit Cafe” restoranlar şəbəkəsinin direktoru Batuhan Çobanla həmsöhbət olub.

Batuhan Çoban 1990-cı ildə Türkiyənin Gümüşhane şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında “Neft və təbii qaz mühəndisliyi” ixtisası üzrə təhsil alıb. Hazırda Bakı şəhərində yaşayır.

-Bakıya ilk dəfə nə zaman gəlmisiniz və o vaxtdan şəhərdə nələr dəyişib?

- Bakıya ilk dəfə 2009-cu ildətəhsilimi davam etdirmək məqsədilə gəlmişəm. Xaricdə təhsil almaq, neft mühəndisi olmaq istəyirdim. O zamankı imtahan nəticələrinə görə isə birinci seçimim Azərbaycan oldu. Bu 10 ildə Bakı çox dəyişib, modernləşib. Dəyişikliklər isə getdikcə çoxalır.Bütün türk toplumlarında olduğu kimi, burada da qonaqpərvərlik, istiqanlılıq çoxdur. Yəqin bütün bunlara görə də Bakı mənim üçün doğmadır.

-“Kolorit Cafe” necə yaradıldı?

- Kolorit Cafe”nin ilk filialı 2014-cü ildə Nizami küçəsi 83 ünvanında (“Torqovaya”) fəaliyyətə başladı. O vaxtuniversitetdənyeniməzunolmuşdumvəbirarzumvardı. Arzumu reallaşdırmaq üçün isə lazımi qədər maddi vəsait yox idi. Amma hər insanın mütləq bir arzusu olmalıdır. Arzun, xəyalın yoxdursa özün də xəyal olarsan, bir hədəfin olmaz.

Tələbə ikən xidmət sektorunda – restoranların birində administrator kimi işləmişdim, təcrübəm var idi. Hətta özüm üçün kiçik bir kafe açmışdım və dərsdən sonra boş vaxtımı dostlarla birlikdə həmin kafedə keçirirdim. Bir sözlə, həmişə restoran biznesi ilə bağlı planlarım olub. Beləliklə, universiteti bitirdim. Diplomumu alan ərəfədə isə özümü neft mühəndisliyi sahəsində görmədiyimi anladım. Mən insanlarla daha çox ünsiyyətdə olmağı, onlarla daha çox vaxt keçirməyi üstün tuturam. Sosial həyat mənim xarakterimdədir. Nəticə etibarı ilə, bir fikrim var idi, o da “Kolorit Cafe”in konsepti. Amma təsəvvür edin, universitetdən yeni məzun olmusunuz və ideyanızı reallaşdırmaq üçün lazım olan əsas məsələ - pulunuz yoxdur. (gülür) Buna baxmayaraq xəyalımdakı layihəni hazırladım və hazırda əyləşdiyimiz məkanın (Xırdalan filialı) memarı, yaxın dostum Ömer Arslan məni şəriklərimizlə tanış etdi. Həyatda bəzən xoş təsadüflərin olması da lazımdır ki, gözəl insanlarla qarşılaşasan. Mənim şansım gətirdi ki, bu gözəl insanlarla qarşılaşdım, təklifimi irəli sürdüm və iş birliyimiz alındı.

İlkin şərtə görə restoranı mən işlətməli, payıma düşəni sonradan ödəməli və bundan sonra şərik olmalı idim. Şəriklik baş tutduqdan sonra isə 5 il müddətində 5 restoran açılmalıydı. Beləliklə, şükürlər olsun ki, qısa müddətdə “Kolorit Cafe” gözlənilməz dərəcədə uğur qazandı. Gözlənilməz deyirəm, çünki bizə inanmayanlar var idi. Biz isə özümüzə inanırdıq. Bu şəkildə davam etdik və ikinci filialımızı “28 Mall” ticarət mərkəzində açdıq. 3-cü filialımız Gəncədə, 4-cü isə 2019-cu il dekabrın 5-də Xırdalanda açıldı. Yaxın iki ay müddətində isə “İnşaatçılar” metro stansiyasının yaxınlığında 5-ci filialımız fəaliyyətə başlayacaq.

- Menyu və qiymətlər bütün filiallarınızda eynidir?

- Bəli. Sadəcə, tez-tez dəyişən bəzi kampaniyalarımız olur. Bu kampaniyalardan biri də yaxın vaxtlarda olacaq: daimi müştərilərimizə özəl endirimlər, bonuslar təklif edəcəyik. Bu bonuslardan müştərilərimiz bütün filiallarımızda istifadə edə biləcəklər. Məkanlarımız tələbələr üçün də özəl kampaniyalar təklif edir.

- “Kolorit Cafe”in özəlliyi nədədir?

- Biz insanların sadəcə qarnını yox, ruhunu da doydururuq. Əsas özəlliyimiz budur. Amma bundan əlavə, məkanın adına uyğun “Kolorit” kababı və salatı, həmçinin bir sıra ləziz özəl yeməklərimiz var. Bu yeməkləri müştərilərimiz yalnız bizim məkanlarımızda dada bilərlər.

Hər işdə bir fəlsəfə mütləqdir. Yəni, hər kəsin özünə xas xüsusiyyətləri, mədəniyyətiolmalıdır ki, bizdə bu özəllikləri göstəririk. Əsas məsələlərdən biri də səmimiyyətdir. Bu özəllik isə bizim bütün işçi personalımızda var. Bu da bizim uğur iksirimizdir. İnsan bir məkanda 8-9 saat vaxt keçirdikdən sonra ora onun üçün adiləşir. Bu halın yaşanmaması üçün isə hər həftə, ən geci 10 gündən bir dizaynımızda yeniliklər edirik.

Mənim sevdiyim digər sahə isə psixologiyadır. Bu sahəni universitetdə öyrənməmişəm, amma tələbəlik vaxtlarından psixologiya ilə bağlı kitablarla maraqlanırdım, araşdırırdım və s. Haradasa 2-3 il olar ki, psixologiya sahəsi üzrə xüsusi təlimlərə, tədbirlərə qatılıram. Bədən dilini öyrənirəm. Bu, mənə insanları tanımağa, öyrənməyə, onları anlamağa kömək edir. Öyrəndiklərimi isə bütün işçi personalı arasında təlqin edirəm. Çünki bizim işimizdə psixoloji bilgilər də çox önəmlidir ki, empatik hisslərimiz formalaşsın və özümüzü başqalarının yerində hiss edə bilək. Restoran elə bir yerdir ki, buraya səhər yuxusundan əsəbi oyanan da, ailəsində problemi olan da, olmayan da gəlir və hər kəsə neytral şəkildə xidmət etmək lazımdır.

-Mənəvi qidanın bir yolu da canlı musiqidir. Restoranlarınızda bu da varmı?

- Bəli, bizim restoranlarımızda canlı musiqi də var. Müştərilərimizi müjdələyə bilərsiniz. Çünki bu yaxınlarda ailəmizə yeni musiqi qrupu daxil olacaq və hər həftə mərhələli şəkildə bir məkanımızda çıxış edəcək.

- Xırdalan sakinləri “Kolorit Cafe”ni necə qarşıladı?

- Normalda stabil restoran biznesində 8 ay qədər sınaq müddətinə ehtiyac olur, yalnız bu vaxtdan sonra özünü təsdiqləyir. Biz isə brend kimi tanındığımıza görə bu müddət bir qədər azalır. Burada insanların ilk reaksiyası əla oldu. İki aydan az vaxt keçib, amma gözlədiyimizdən də böyük irəliləyiş var. Bu şəhərdə belə bir məkana ehtiyac var idi. Biz isə daxil olduğumuz istənilən ortamda fərqlənmək istəyirik, bunu edirik də.

İnsanların ehtiyacını tam qarşılaya bilmək, Xırdalan filialımızı daha da genişləndirmək fikrindəyik. Bunun üçün hazırlıq gedir. Yaxın zamanlarda burada ayrıca kabinetlər, uşaqlar üçün oyun zonası ilə yanaşı, ibadət otağı da olacaq.

Avropa və milli mətbəx nümunələri ilə xidmət göstərən “Kolorit Cafe” restoranlar şəbəkəsində ad günü və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Bundan əlavə, məkan həftəsonu kampaniyaları (2 və 5 nəfərlik böyük setlər) və həftəiçi standart menyuları münasib qiymətlərlə təklif edir. Həftəsonu kampaniyalarına uşaqlar üçün partilər də daxildir. Övladları ilə daha maraqlı vaxt keçirmək istəyən valideynlər bu kampaniyadan yararlana bilərlər.

"KOLORİT Café & Dining" - "Torqovaya" filialı 
Ünvan: Bakı şəhəri, Nizami küçəsi, 83
Telefon: (012) 498 88 71, (050) 498 88 71
Lokasiya: https://goo.gl/maps/i2VgtjjkpM9Z7paW7



"KOLORİT Café & Dining" - "28 Mall" filialı 
Ünvan: Bakı şəhəri, "28 Mall", 5-ci mərtəbə
Telefon: (051) 300 33 55
Lokasiya: https://goo.gl/maps/k5sScYJ7pfUguxZc6


"KOLORİT Café & Dining" - Xırdalan filialı 
Ünvan: Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 31
Telefon: (050) 833 99 88 
Lokasiya: https://goo.gl/maps/r9jDiMiYJmU1JqSi9



"KOLORİT Café & Dining" - Gəncə filialı 
Ünvan: Gəncə şəhəri, Cavad Xan küçəsi, 2
Telefon: (022) 256 13 13 
Lokasiya: https://goo.gl/maps/eQjXMBJJiyRukqX69

"KOLORİT Café & Dining" - "İnşaatçılar" filialı 
Ünvan: Bakı şəhəri, Şərifzadə küçəsi, 174, İnşaatçılar metrosu (Coming soon)
Lokasiya: https://goo.gl/maps/c5PBV4mBc9K7WCKZ7

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı “Kolorit Cafe”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Karantin 2 noyabr saat 06:00-dək uzadılıb. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.   Bildirlir ki, "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və...
Siyasət
Azərbaycan Ordusunun Qarabağ cəbhəsində keçirdiyi əks-hücum əməliyyatlarından sonra işğal altında olan Xankəndidə də təşviş yaranıb.BakuCity.az xəbər verir ki, bu barədə oxu.az sosial şəbəkələrə istinadən xəbər verib. Məlumata görə, Xankəndidə həyəcan siqnalı verilib.Azərbaycan Ordusunun layiqli cavabı ilə Ermənistan silahlı bölmələrinin yüzlərlə canlı qüvvəsi, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.Bildirək ki, əks-hücum əməliyyatları ilə Füzuli...
Cəmiyyət
Füzuli rayonu azad edilib.   BakuCity.az xəbər verir ki, bu barədə Sosial Tətqiqatlar Mərkəzinin mətbuat xidməti məlumat verib.   Məlumatda bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri Füzuli rayonunu azad edib.    Daha ətraflı məlumat veriləcək. (aznews.az) BakuCity.az
Siyasət
Ermənilərə təslim olmaq barədə təklif olunub. Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun komandanlığı onu...
Cəmiyyət
Ermənistan Fövqəladə Hallar Nazirliyi cəbhə bölgəsində başlayan hərbi əməliyyatlarla bağlı təhlükəsizliyi əsas götürərək Zod – Kəlbəcər yolunu bağlayıb. BakuCity.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan xəbər verir.  Azərbaycan Ordusunun düşmən təxribatına qarşı işğal olunmuş torpaqlarımız - Qarabağda keçirdiyi cavab tədbirləri erməniləri qorxuya salıb, buna görə də Kəlbəcərə gedən yolu bağlayıblar.   Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələ...
Cəmiyyət
Azərbaycanlı blogerlər işğal olunmuş ərazilərimizdən video paylaşıb. Sfera.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videoda azərbaycanlı blogerlər Dağlıq Qarabağda olduqlarını bildirir. Hətta Erməni tərəfin videonu saxta adlandırmasının qarşısını almaq üçün bloqqer abidə üzərində bir qeyd də qoyub. Həmin görüntüləri təqdim edirik:
Cəmiyyət
Naftalanda bir evdə 4 nəfər ailə üzvü həlak olub. Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar. BakuCity.az xəbər verir ki, "Sputnik Azərbaycan" hadisə baş verən evdən görüntüləri çəkib.  Qeyd edək ki, Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik...
Siyasət
Basarkeçər-Ağdərə avtomobil yolu vizual nəzarətinə götürülüb. Basarkeçər-Ağdərə avtomobil yolunun vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir. BakuCity.az  xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hər...
Cəmiyyət
"Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir”. BakuCity.az xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın "France 24” telekanalına müsahibəsində deyib. "Bu, genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir”, - nazir bildirib. Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib: "Əlbəttə, münaqişənin Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həllini is...