Sürücülərin nəzərinə: Yol polisləri artıq bunu edə bilməzlər - VİDEO

Sürücülərin nəzərinə: Yol polisləri artıq bunu edə bilməzlər - VİDEO

Ötən il sürücülər tərəfindən törədilən inzibati xətaların 65 faizi xüsusi texniki vasitələrlə qeydə alınıb.

Yerdə qalan qayda pozuntuları isə yol polisi əməkdaşları tərəfindən fərdi olaraq yazılıb. Bu məqama baxmayaraq hələ də sürücülərlə yol polisi arasında ziddiyyətli məqamlar qalmaqdadır.

BakuCity.az xəbər verir ki, məsələnin aktuallığını nəzərə alan ARB TV-nin “Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Sürücü deyib ki, əgər sürücü qayda pozubsa, buna görə polis onu saxlayırsa, sürücü problem yaratmamalıdır.

Polis-sürücü birbaşa təmasının qarşını almaq üçün artıq Dövlət Yol Polisi İdarəsi qarşısında xüsusi tapşırıqlar da qoyulub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, xüsusi texniki vasitələrin sayı artdıqca təmas minimuma endiriləcək:

"Zərurət olmadıqda artıq yol patrul xidmətinin inspektoru sürücünü yolda saxlamayacaq. Hansı hissədə ki xüsusi texniki vasitənin köməyi ilə qayda pozuntusunu aşkar etmək mümkündür, həmin ərazilərdə sürücünü saxlamağa ehtiyac olmayacaq. Amma bu o demək deyil ki, polis öz dislokasiya olunduğu ərazidə xidmət aparan zaman qayda pozuntusu olacağı zaman buna göz yumacaq.

Bundan əlavə, hansısa qayda pozuntusu müşahidə kamerası, yaxud monitor vasitəsilə aşkar edilirsə, bu halda qayda pozuntusu yol polisi əməkdaşı tərəfindən bilavasitə protokollaşdırıla bilməz. Yəni nəqliyyat vasitəsi saxlanılaraq sürücü barədə protokol tərtib edilə bilməz. Lakin yol polisi tərəfindən qayda pozuntusu aşkar edilirsə, bu sənədləşdirilir, sürücü onunla razılaşmırsa, onun barəsində qərar qəbul edilmir. Həmin ərazidə müşahidə kamerası varsa, qeydə alınan hadisəyə baxış keçirilir və vəziyyətə uyğun qərar çıxarılır”.

Ekpertlər deyir ki, sürücü-yol polisi arasında birbaşa təmasın azaldılması şəffaflığın təmin olunması üçün vacib addımdır. Gərginliyi yaradan səbəblərdən biri də iş qrafikinin ağırlığı idi ki, bu da öz həllini tapıb artıq.

Ekspert Elməddin Muradlı isə bildirib ki, polis nə qədər gərgin rejimdə işləyirsə, nə qədər ağır şəraitdə işləyirsə, o qədər də aqressiv olur:

"Bəzən bir sürücünün qıcıqlandırıcı bir sözünə polis aqressiv cavab verir, beləliklə, gərginlik yaranır. Cənab nazir birinci növbədə polisin iş və istirahət vaxtı ilə bağlı addım atdı ki, artıq onlar 8 saat işləməlidirlər”.

Bunlar məsələnin polisin üzərinə düşən hissəsidir. Digər bir hissəsi isə sürücülərin məsuliyyətidir. Ən optimal çıxış yolu isə qaydalara əməl etməkdir.

BakuCity.az

sürücü polis qayda pozuntusu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər