“Qarabağ” - “Neftçi” oyununun vaxtı seçkiyə görə dəyişdi

“Qarabağ” - “Neftçi” oyununun vaxtı seçkiyə görə dəyişdi

XVI tur oyunları 7-8 fevral tarixlərində baş tutacaq

Azərbaycan Premyer Liqasında XVI turun oyunlarının vaxtı dəyişdirilib.

BakuCity.az Futbolpress.az-a istinadən xəbər verir ki, matçlar əvvəldən nəzərdə tutulduğu kimi 8 və 9 fevral tarixlərində baş tutmayacaq. Buna səbəb fevralın 9-da ölkədə parlament seçkilərinin keçirilməsidir.

Məlumata görə, seçkiləri nəzərə alan PFL oyunları 1 gün əvvələ çəkməyi məqsədəuyğun hesab edib. Beləliklə, XVI tur oyunları 7-8 fevral tarixlərində baş tutacaq.

Əvvəlcədən ayın 8-nə salınan "Keşlə" - "Səbail" və "Sabah" - "Qəbələ" matçlarının 7 fevralda, ayın 9-da keçirilməli olan "Sumqayıt" - "Zirə" və "Qarabağ" - "Neftçi" görüşlərinin isə 8 fevralda baş tutması planlaşdırılır.

BakuCity.az

"Neftçi" "Qarabağ" futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər