Avtomobil deformasiyaya uğrayıb
Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, qəza İlqar Musayev küçəsində baş verib.
Taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.
Həmçinin oxu: Bakıda iki avtobus və bir minik maşını toqquşub, yaralılar var - FOTO
Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə zamanı avtomobil deformasiyaya uğrayıb, sürücünün yüngül xəsarət aldığı bildirilir.
Əraziyə Suraxanı Rayon DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.