Fransa polisi küçədə gecələyən 21 azərbaycanlını saxlayıb

Fransa polisi küçədə gecələyən 21 azərbaycanlını saxlayıb

Səfirliklərə müraciət edilib

Fransanın paytaxtı Parisdə küçədə yaşayan 1400 nəfər idman zalları və yataqxanalara yerləşdirilib.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, həmin şəxslərin arasında Azərbaycan vətəndaşları da var.

Belə ki, Parisin şimal-şərqində yerləşən “Aubervilliers” məhəllləsində yol kənarlarında gecələyən və qanunsuz yollarla ölkəyə gələn miqrantlar polisin keçirdiyi genişmiqyaslı əməliyyatla saxlanılaraq idman zalları və yataqxanalara yerləşdiriliblər. Onların arasında miqrasiya polisinə kimliklərini təsdiq edən hər hansı bir sənəd verməyən və əksəriyyəti gizli olaraq Almaniya, Niderland və Belçikadan qaçaraq Fransaya gələn 21 Azərbaycan vətəndaşı da olub.

Fransa polisi “Təhlükəsiz ölkə” kateqoriyasına aid ölkə vətəndaşlarının kimlikləri barədə düzgün məlumat almaq üçün səfirliklərə müraciət edib.

Qeyd edək ki, hazırda Fransada ölkəyə qanunsuz yollarla gələn şəxslərin sürətli deportasiyası üçün xüsusi mərkəzlərin inşası müzakirə edilir. Həmin mərkəzlərin hava limanları yaxınlığında tikintisi gözlənilir.

BakuCity.az

Fransa polisi azərbaycanlılar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər