Bir məktəbin 9 şagirdi qalib olub

Bir məktəbin 9 şagirdi qalib olub

14 ölkədən 900-ə yaxın idmançı iştirak edib

Paytaxt məktəbliləri Bakıda keçirilən budo döyüş növləri üzrə dünya kuboku turnirində parlaq uğurlar qazanıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, 180 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Mustafa Məmmədzadə, 7-ci sinif şagirdi Rəsul Şirvanlı I, 6-cı sinif şagirdləri Elmir Bəşirli və Rəvan Şahverdiyev, 2-ci sinif şagirdləri Kərəm Şükürov və Orxan Ağazadə, 1-ci sinif şagirdi Turan Əli II, 4-cü sinif şagirdləri Emil Şükürov və Zaur Ağazadə III yerə layiq görülüblər.

Qalib məktəblilər diplom və medalla təltif olunublar.

Qeyd edək ki, turnirdə 14 ölkədən 900-ə yaxın idmançı iştirak edib.

BakuCity.az

Bakı məktəblilər turnir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər