16 yaşlı gəlinin ölümü ilə bağlı qaranlıq MƏQAMLAR - VİDEO

16 yaşlı gəlinin ölümü ilə bağlı qaranlıq MƏQAMLAR - VİDEO

Gəlinin qohumları təkzib ediblər

Yanvarın 29-u səhər saatlarında Masallının Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətlə yetirilməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

BakuCity.az Xəzər TV-yə istinadən xəbər verir ki, Fatimə Qəmbərova həyat yoldaşı İman Məmmədov, qayınata, qayınana və 5 yaşlı baldızı ilə bir evdə qalırmış.

Qonşuları deyib ki, yanvarın 10-da toyları olub, ailədə mübahisər baş verməyib.

Ailə yaxınlarından alınan ilkin məlumatlara görə, hadisənin baş verdiyi günün səhəri, saat 8 radələrində ailə üzvləri ilə birgə evdən çıxan Fatimə qayınanasını Bakıya yola salıb, qayınata da işə gedib.

Həmçinin oxu: Nənə ümidinə qalan Fatimə, balacaboy bəy... - Masallıdakı dəhşətli qətlin TƏFƏRRÜATLARI

Fatimə, İman və 5 yaşlı baldızı yenidən evə qayıdıb və güman olunur ki, yatıblar. Saat 10:30-da yuxudan duran İman Fatimənin ağzından köpük gəldiyini görüb və aidiyyəti üzrə məlumat verib. Mərhumun ölümünə səbəb kimi səhhətində olan problem göstərilib. Ancaq gəlinin qohumları bunları təkzib edib.

Lakin məhkəmə-tibbi ekspertin iştirakı ilə F.Qəmbərovanın meyitinə baxış zamanı mərhumun boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Mərhumun ölümünə səbəb boynunun sıxılması nəticəsində yaranmış tənəffüs çatışmazlığı olub.

Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Məlum olub ki, F.Qəmbərovanı 2 həftə əvvəl evləndiyi 19 yaşlı Xoşçobanlı kənd sakini İman Məmmədov yaşadıqları evdə yaranmış mübahisə zamanı əlləri ilə boğub. O, sonradan bunu etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam edir. Artıq İman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib.

BakuCity.az

Masallı toy qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər