Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO

Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO

Yeni model digər “qaranlıq” elementləri ilə də seçilir

“Improtex Motors” şirkəti rəsmi olaraq Bakıda “Black Badge”in ən cəsarətli versiyası olan yeni “Rolls-Royce Cullinan Black Badge”i təqdim edib.

BakuCity.az xəbər verir ki, müştərilər üçün eksteryerin rənginin 44 mindən artıq hazır olan palitrası mövcuddur, əgər bu kifayət deyilsə “Rolls-Royce” komandası sifarişçi üçün eksklüziv olaraq yeni rəng hazırlayacaq. Lakin “Black Badge” alıcılarının əksəriyyəti bu seriya üçün xüsusi olaraq yaradılmış qara rəngli avtomobili sifariş etməyə üstünlük verirlər.

Yeni model digər “qaranlıq” elementləri ilə də seçilir. Radiator barmaqlığı, yük yerinin qapısının dəstəyi, alt hava götürücü və işlənmiş qaz boruları qara xromla örtülüb.

Xüsusi “Cullinan Black Badge” üçün təqdim olunan 22 düymlük yüngül lehimli disklər modeli daha da cəsarətli göstərir. Lüks yolsuzluq avtomobilində ilk dəfə olaraq rəngli əyləc altlıqları tətbiq edilib.

Krossoverin tavanı qara dəri ilə örtülür və ulduz yağışı effektini təmin edən 1 344 fiber-optik işıq diodlarından ibarət “gecə səması” ilə bəzədilir. İlk dəfə olaraq, “Cullinan” modelinin salonunu “Forge Yellow” rəngli dəri ilə tərtib edilib.

“Black Badge” ailəsinin bütün modelləri kimi, “Rolls-Royce Cullinan”ın “qaranlıq” versiyası da dəyişilmiş dinamik göstəricilərlə fərqlənir. “Cullinan Black Badge” modelinin kapotunun altında 6,75-litrlik iki turbokompressorlu V12 mühərriki yerləşir. Mühərrikin gücü 571 at gücündən 600 at gücünə, fırlanma anı isə 850 Nm-dən 900 Nm-ə qədər artırılıb.

Qeyd edək ki, "Rolls-Royce Cullinan Black Badge" avtomobillərinin qiyməti 325 min dollardan (552 500 manat) başlayır.

Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-1 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-2 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-3 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-4 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-5 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-6 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-7 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-8 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-9 Bakıya qiyməti yarım milyon manatdan çox olan "Rolls-Royce" gətirildi - FOTO, fotoşəkil-10

BakuCity.az

Bakı "Rolls-Royce" avtomobil təqdimat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər