Bakıda polislər gənc kişini ölümdən son anda xilas etdilər - VİDEO

Bakıda polislər gənc kişini ölümdən son anda xilas etdilər - VİDEO

Həkimlərin müdaxiləsindən sonra özünə gəlib

Bu gün Bakı şəhəri, Xətai rayonu ərazisində polislər vətəndaşı ölümdən xilas ediblər.

BakuCity.az-ın məlumatına görə, bu barədə hadisə şahidləri Baku.ws-ə bildiriblər.

Məlumata əsasən, Üzeyir Hacıbəyov küçəsində gənc kişinin halı pisləşib və qıc olaraq yerə yıxılıb.

Ərazidə olan vətəndaşlar, eyni zamanda, polislər həmin şəxsə ilkin yardım ediblər.

Daha sonra polislər halı pisləşən şəxsi "99 YP 436" nömrə nişanlı yol polisi maşını ilə Mərkəzi Neftçilər Xəstəxanasına aparıblar.

Həkimlərin müdaxiləsindən sonra həmin şəxs özünə gəlib.

BakuCity.az

Bakı polis xilas
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər