Bu küçədə hərəkət məhdudlaşdırılır

Bu küçədə hərəkət məhdudlaşdırılır

Fevralın 1-dək nəzərə alın

Bakının Xətai rayonunda hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avromobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xətai rayonunun İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar olaraq, bu gündən fevralın 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Agentlik baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməyi tövsiyə edir.

BakuCity.az

Bakı küçə təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər